Tomas Müllerə San-Marinodan 10 CAVAB

Tomas Müllerə San-Marinodan 10 CAVAB
11:52 15 Noyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+

Ötən həftə Almaniya millisi San-Marinonu 8:0 məğlub etməklə növbəti 3 xalını qazandı. Tərəflər bundan öncə 2 dəfə qarşılaşmış və Bundestim 13:0 və 6:0 hesabıyla qalib gəlmişdi. Tomas Müller isə San-Marino kimi rəqiblərlə oyunun mənasız olduğunu bildirmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, San-Marino Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Alan Qasperoni Müllerə 10 bənddən ibarət cavab hazırlamağı qərara alıb. Qasperoni məktubunda alman hücumçunu salamladıqdan sonra səbəbləri qeyd edib.

1. Bu oyun göstərdi ki, bizim kimi komandaya qol vura bilmədin. Demə ki, qapıçımız Simoniçi sənə fərqlənmək imkanı vermədiyi üçün kefin pozulmadı.

2. Bu oyun sizin futbol başbilənlərinizə (o cümlədən Bekkenbauer və Rummenigeyə) göstərdi ki, bu idman təkcə sizə məxsus deyil. Xoşunuza gəldi, ya gəlmədi - bizim kimi ölkələr də futbolu sevir.

3. Bu oyun avropalı jurnalistlərə göstərdi ki, sizin pul çeklərinin deyil, arzularının arxasınca getməyə hazır olan insanlar var.

4. Bu oyun almanların heç dəyişmədiyini, tarixin sizə heç nə öyrətmədiyini göstərdi. Təkəbbürlük həmişə qələbə demək deyil.

5. Bu oyun göstərdi ki, San-Marinoda məşqçilər futbol oynayan 200 nəfərdən niyə gərgin çalışmağı tələb edirlər. Ola bilsin ki, gözəl günlərin birində onlar dünya çempionlarına qarşı meydana çıxsınlar.

6. Bu oyun, həm sizin, həm də bizim federasiyamıza teleyayım hüququndan gəlir əldə etməyə imkan verdi. Sizin tərəf bu pullarla səfərinizi maliyyələşdirir, eyni zamanda uşaq futbolunu inkişaf etdirir, infrastruktur qurur və daha təhlükəsiz stadionlar tikir. Sizə sirr açım ki, bizim federasiya qazanılan gəlirlə ucqar kənddə stadion inşa etdirəcək. Sən öz məvacibinlə də belə stadion tikdirə bilərdin. Amma bunun üçün sənə 6 ay, bizə isə 90 dəqiqə lazımdır. Pis deyil, hə?

7. Bu oyun imkan verdi ki, əhalisi "Allianz Arena"nın tamaşaçı tutumundan az olan San-Marinonu media xatırlasın.

8. Bu oyun sizin futbolçu Serj Qnabriyə millidəki debüt matçında het-trik etməyə şərait yaratdı. İndi o, "Werder"dən məvacibini ikiqat artırmaqla yeni müqavilə tələb edə bilər.

9. Bu oyun San-Marino sakinlərini daha xoşbəxt etdi. Biz onların yadına saldıq ki, ölkəmizin də milli komandası var və o, dünya çempionlarına qarşı oynayır.

10. Bu oyun şəxsən mənə göstərdi ki, "Adidas"ın avadanlığından istifadə etsən də, əslində ağ corab üstündən səndəl geyinən biri kimi qalmısan.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR