Azərbaycan gömrükçüləri ehtiyat hissələri aşkar ediblər

Azərbaycan gömrükçüləri ehtiyat hissələri aşkar ediblər
11:52 15 Noyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, yoxlama zamanı avtomobilin yük yerindəki gizli saxlanc yerindən 5 adda, müxtəlif ölçüdə və formada, ümumilikdə 1 840 ədəd dəzgah ehtiyat hissələri, 2 ədəd yivli-dəlici predmet aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-ehtiyat-hisseleri-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR