“Siz almanlar qətiyyən dəyişməmisiniz” - San Marino rəsmisi

“Siz almanlar qətiyyən dəyişməmisiniz” -   San Marino rəsmisi
11:57 15 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+


San Marino Olimpiya Komitəsinin mətbuat katibi Alan Qasperoni Almaniya millisinin üzvü Tomas Müllerin cavabını verib. 


Fanat.Az xəbər verir ki, qurum rəsmisi “facebook” hesabından bunları yazıb: “Belə oyunlar göstərir ki, Müller bizimki kimi kiçik komandalara belə qol vura bilmir. Bu oyun göstərdi ki, siz almanlar qətiyyən dəyişməmisiniz. Təkəbbürün hər zaman qələbənin zəmanəti olmadığını da tarix sizə öyrətməyib. Bu oyun bizə imkan verir ki, teleyayımdan gəlir əldə edək və həmin vəsaiti yeni uşaq meydançalarının inşasına sərf edək”.


Qeyd edək ki, Tomas Müller DÇ-2018-in seçmə mərhələsində San Marino üzərində 8:0 hesablı qələbədən sonra bildirib ki, bu cür oyunların peşəkar futbolla heç bir əlaqəsi yoxdur və onları keçirmək mənasızdır.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-siz-almanlar-qtiyyn-dyimmisiniz-t54156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR