Azərbaycan ordusu atəş mövqeyinə çıxarıldı - FOTO

Azərbaycan ordusu atəş mövqeyinə çıxarıldı - FOTO
12:12 15 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.

Hərbi Hava Qüvvələrinin tabeliyində olan birləşmə, hərbi hissə və bölmələrin fasiləsiz və operativ idarə edilməsini təmin etmək üçün komanda məntəqəsinin elementlərinin səhra şəraitində yerləşdirilməsi və onun fəaliyyəti barədə müdafiə nazirinə məruzə olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, idarəetmənin, təminatın, yardımçı qrupların, məntəqələrin işinin, döyüş növbətçiliyinin təşkili və aparılması məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təmin edilən mobil qərargahda fəaliyyətləri izləyən müdafiə naziri müvafiq göstərişlər verib.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR