Xanım deputat vəhşicəsinə döyüldü

Xanım deputat vəhşicəsinə döyüldü
12:27 15 Noyabr 2016
87 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Nikolaevsk Şəhər Şurasının "Müxalifət blok"undan olan deputatı Larisa Veselevskaya iki kişi tərəfindən döyülüb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə deputatın mətbuat xidməti məlumat yayıb. 

"Noyabrın 14-də axşam saatlarında "Müxalifət blok"undan olan deputat Larisa Veselevskaya hücum olunub. Həmin vaxt Veselevskayanın üzərində olan əşyalardan heç nə götürülməyib. Bu isə cinayətin sifariş xarakterli olmasını göstərir", - deyə məlumatda bildirilib.

Həmçinin vurğulanıb ki,deputatı döyən kişilər idmançı cüssəli olublar. Onlar xanım deputatın baş nahiyəsinə bir neçə zərbə endiriblər. Deputatın yerə yıxılmasına baxmayaraq, naməlum şəxslər ona zərbə endirməyə davam ediblər. 

"Larisa Veselevskayanın "Müxalifət blok"undan olması və onun aktiv şəkildə iş aparmasını nəzərə alsaq, onda biz böyük ehtimalla bu cinayətin onun deputat fəaliyyəti ilə bağlı olduğunu bildirə bilərik", - deyə partiyadan bildirilib.

Deputatın döyülməsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR