Populyar aktyor, Hollivud ulduzu Mark Uolberq "Deepwater Horizon" adlı yeni filmdə baş rollardan birində oynayır.
Milli.Az TMZ-yə istinadən bildirir ki, aktyor ssenariyə uyğun olaraq atletik bədən quruluşlu adam obrazındadır. Bu səbəbdən də 45 yaşlı Mark Uolberq 100 gün ciddi məşq edib, pəhriz saxlayıb.
"Çox sərt, ciddi pəhrizdə idim. Şərab, çörək, makaron yemədim. Yalnız sağlam qidalanma, mümkün qədər çox batat və yams yedim", - M.Uolberq deyib.
Milli.Az