"Deutsche Bank": İtaliyanın Aİ-dən ayrılma ehtimalları artır

"Deutsche Bank": İtaliyanın Aİ-dən ayrılma ehtimalları artır
12:37 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ İtaliyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 2,1% həddini ötərək 2015-ci ilin iyul ayından etibarən ən yüksək səviyyəyə çatıb. "Report"un "Vestifinance" saytına istinadənverdiyi xəbərə görə, buna səbəb İtaliyada Konstitusiyaya dəyişikliklərlə bağlı dekabrın 4-də keçiriləcək referendumdur. Belə ki, artıq maliyyə bazarları bu referendumu "İtaleave" adlandırmağa başlayıb. 
Almaniyanın "Deutsche Bank"ı Konstitusiyaya dəyişiklikdən imtina edilməsi ilə bağlı ehtimalların 60%-i ötdüyünü bildirib. Qeyd edək ki, xalq dəyişikliklərə qarşı səs verərsə, İtaliyanın baş naziri Matteo Rensinin istefa verəcəyi gözlənilir. Təzyiqlər artdıqca avroskeptiklərin sayı da getdikcə çoxalır.
Xatırladaq ki, konstitusiya islahatları senatın rolu və funksiyasının dəyişdirilməsi ilə əlaqadardır. İslahatlarla senatorların sayının önəmli dərəcədə azaldılması nəzərdə tutulub. İtaliya müxalifəti və regionların rəhbərləri islahatlara qarşı çıxır. Onlar düşünürlər ki, rəsmi Roma onların hakimiyyətinə son qoymaq istəyir.
"Report"un analitik qrupu dekabrın 4-dək avronun qlobal valyuta bazarında zəif qalacağını proqnozlaşdırır. İtaliyanın Avropa İttifaqının (Aİ) tələb etdiyi islahatlara qarşı çıxması halında Aİ-nin digər ölkələrində də bənzər problemlərin yaranacağı istisna edilmir. Bu səbəbdən USD/EUR məzənnəsinin 1,0450 səviyyəsinə yaxınlaşacağı proqnozlaşdırılır. Həmçinin, dekabrın 13-14-də ABŞ-da uçot dərəcəsinin artırılması ilə bağlı qərarın verilməsi avronun zəifləməsinə, dolların isə möhkəmlənməsinə komək edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/deutsche-bank-i-taliyanin-ai-den-ayrilma-ehtimallari-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR