Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Gürcüstana səfər edəcək

Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Gürcüstana səfər edəcək
00:52 6 Yanvar 2015
258 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 00:50 ]

Gürcüstan. Nizami Məmmədzadə-APA. Yanvarın 15-17-də Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Gürcüstana səfər edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yanvarın 5-də səfər ilə bağlı Gürcüstan xarici işlər nazirinin müavini Qiqi Qiqiadze və Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri, səfir Yanoş Herman arasında  görüş keçirilib.

 

Görüş zamanı tərəflər Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı prioritet məsələlərini müzakirə ediblər.  Tədbirdə komissar Yohannes Hanın yanvarın 15-17-də Gürcüstana səfərinin proqramına aid detallara xüsusi diqqət yetirilib. Tərəflər Yohannes Hannın Gürcüstana planlaşdırılan səfərinin uğurlu və məhsuldar şəkildə həyata keçirilməsini təmin etmək üçün fəal əməkdaşlıq barədə razılığa gəliblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368089

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR