İmişli rayonunun daha iki kəndinə qaz verilib

İmişli rayonunun daha iki kəndinə qaz verilib
12:42 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün İmişli rayonun Bəcirəvan və Ağcüyür kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 483 abonenti olan Bəcirəvan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3950 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 42 700 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 483 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
43 abonenti olan Ağcüyür kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2355 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 43 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qeyd olunub ki, hazırda İmişli rayonunun daha 8 kəndində (Qaravəlili, Mirili, Çahar, Gövhərli, Qaradonlu, Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikinti başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilməsi təmin ediləcək.



Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-misli-rayonunun-daha-iki-kendine-tebii-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR