Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni İdarə Heyəti formalaşıb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni İdarə Heyəti formalaşıb
12:52 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin yeni tərkibi formalaşıb. İdarə Heyətinin tərkibi daha da genişləndirilib və Heyətin üzvlərinin sayı 19 nəfərə çatdırılıb.
"Report"un verdiyi xəbərə görə, AQC-nin bu gün keçirilən hesabat-seçki yığıncağında baş tutan seçki nəticəsində həmin üzvlərin arasından Ramil Osmanlı sədr seçilib. Həmçinin, 2 nəfər - İradə Şükürova və Nüsrət İbrahimov sədr müavin təyin ediliblər.
Bundan başqa, yığıncaqda Təftiş Komissiyasının da yeni tərkibi formalaşıb.
Qeyd edək ki, bundan əvvəl İdarə Heyətinin tərkibi 15 nəfərdən ibarət olub və İdarə Heyətinə İradə Şükürova sədrlik edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-qiymetlendiriciler-cemiyyetinin-yeni-i-dare-heyeti-formalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR