Qazaxıstanın yeni pulu - FOTO

Qazaxıstanın yeni pulu - FOTO
12:53 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Qazaxıstan Mərkəzi Bankı dekabrın 1-də - Birinci Prezident Günündə ölkənin müstəqilliyinin 25 illiyinin şərəfinə xatirə banknotları çap edəcək.

Publika.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının sədri Daniyar Akişev açıqlama verib.

O deyib ki, ölkənin müstəqilliyi dövlət başçısının adı ilə bağlıdır:

”Buna görə də Mərkəzi Bank Nursultan Nazarbayevin portreti ilə ölkənin inkişafını əks etdirən banknotlar çap edəcək”.

Onun sözlərinə görə, liderlərin protreti ilə banknotların çapı dünya tarixində ilk deyil. Bundan əvvəl Musata Kamal Atatürk, Uinston Çerçill, Li Kuanın portreti ilə dövriyyəyə banknotlar buraxılıb:

“Əminəm ki, Nursultan Nazarbayevin əksi ilə çap edilən banknotlar bu sırada öz yerini tutacaq”.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/175998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR