Ağstafada yol qəzasına düşən şəxs xəstəxanada öldü

Ağstafada yol qəzasına düşən şəxs xəstəxanada öldü
12:57 15 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunda zəncirvari yol qəzasında xəsarət alan 6 nəfərdən biri xəstəxanada ölüb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Daşkəsəmən kəndi ərazisində baş verib.

Belə ki, Ağstafa rayon sakini Vaqif Ələkbərovun idarə etdiyi "Opel", Qazax rayon sakini İmamverdi Məmmədovun idarə etdiyi "VAZ-21063" və Bakı şəhər sakini Raqi Əsgərovun idarə etdiyi "KİA" markalı avtomobillər toqquşub. Nəticədə ikisi kişi, dördü qadın olmaqla 6 nəfər xəsarət alıb. 
Yaralılar - Vaqif Ələkbərov, İman Məmmədov, Rahilə Poladova, Ceyran Poladova, Aybəniz İsrafilova, Hürü Bayramova Ağstafa Rayon Mərkəzi Xəstəxanasına (MRX) yerləşdiriliblər. Yaralılardan biri - Vaqif Ələkbərov xəstəxanada ölüb. 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR