İsmayıllıda təhlükə - Qədim sürüşmə sahəsi aktivləşdi

İsmayıllıda təhlükə - Qədim sürüşmə sahəsi aktivləşdi
12:58 15 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayon Sədiyan və İstisu sürüşmə sahələrində aktivlik qeydə alınır. Sakinlərin sözlərinə görə, sürüşmə əsasən dağlıq əraziləri əhatə edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Publika.az-a bildirib ki, bu gün Sədiyan kəndində sürüşmə sahəsinin aktivləşməsi ilə bağlı bir sakin tərəfindən müraciət olub:

“Sədiyan qədim sürüşmə sahəsidir. Atmosfer çöküntülərinin normadan artıq olması səbəbindən aktivləşmə intensivləşib. Qədim sürüşmə sahələrində bu cür intensivləşmənin olması gözləniləndir. Vətəndaşın müraciəti əsasında əməkdaşlarımız əraziyə gedib və vəziyyətlə yerindəcə tanış olacaqlar”.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev Publika.az-a rayonun heç bir kəndində son günlər aktivləşmə qeydə alınmadığını deyib:

“Ötən gün kəndlərdə monitorinq keçirilib və ərazidə aktivləşmə qeydə alınmayıb”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR