Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb
13:22 15 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zeyqəm Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Mirzə Xahkişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə onu barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. Z.Qasımov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Z.Qasımov CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR