x
Loading...

ARDNF-nin icraçı direktoru ADB-nin vitse-prezidenti ilə görüşüb

ARDNF-nin icraçı direktoru ADB-nin vitse-prezidenti ilə görüşüb
13:22 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+
.

Bakı.15 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janq arasında görüş keçirilib. Bu barədə "Report"a Fonddan bildirilib. 
Məlumata görə, görüşdə Ş. Mövsümov ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.
V. Janq isə ADB-nin dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələr barədə danışıb.
Görüşdə, həmçinin Azərbaycanla qurum arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ardnf-nin-icraci-direktoru-adb-nin-vitse-prezidenti-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR