Yetkinlik yaşına çatmayanların valideynlərinin vəzifələrini icra etməmələrinin səbəbləri müəyyənləşib

Yetkinlik yaşına çatmayanların valideynlərinin vəzifələrini icra etməmələrinin səbəbləri müəyyənləşib
13:27 15 Noyabr 2016
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Yetkinlik yaşına çatmayanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hansı hallarda vəzifələrini icra etməmələrinin səbəbləri müəyyənləşib.
"Report" xəbər verir ki, bununla bağlı "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub.
Qanuna təklif edilən yeni əlavəyə görə, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri - yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrini stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan səbəblərdir.
Qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/yetkinlik-yasina-catmayanlarin-valideynlerinin-vezifeleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR