DTX Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib, 4 gömrükçü saxlanılıb

DTX Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib, 4 gömrükçü saxlanılıb
13:37 15 Noyabr 2016
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib.
"Report"un xəbərinə görə, əməliyyat zamanı 5 nəfər saxlanılıb.
Belə ki, Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən ölkəyə qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirən Amur Məcidov DTX əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, A.Məcidov Ümrə (kiçik Həcc) ziyarətindən geri dönərkən Səudiyyə Ərəbistanından qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirib.
A.Məcidovun bu əməli Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi məlum olub.
Nəticədə A.Məcidov və Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin 4 əməkdaşı saxlanılıb.
A.Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
4 nəfər gömrük əməkdaşı isə istintaqa cəlb olunub.
İstintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/dtx-astara-serhed-nezaret-buraxilis-menteqesinde-emeliyyat-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR