Jurnalist Zabil Müqabiloğlundan YENİ XƏBƏR

Jurnalist Zabil Müqabiloğlundan YENİ XƏBƏR
14:19 15 Noyabr 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

Jurnalist Zabil Müqabiloğlunun vəziyyəti sabitləşib.

 

Lent.az-ın jurnalistin yaxınlarından əldə etdiyi məlumata görə, əməliyyatdan sonra palataya köçürülən jurnalistin durumu yaxşıdır, ancaq qaraciyər köçürülməsi üçün donor axtarılır: “Həkimlər bu gün də sonuncu analizlərinin nəticələrini müayinə etdilər, vəziyyəti yaxşıdır. Yaşaması üçün sonuncu şans olaraq tez bir zamanda qaraciyər əməliyyatı olunmalıdır”.

 

Z.Müqabiloğlunun hər iki bacısı donor uyğunluğu  üçün müayinədən keçiriləcək, hansı uyğun olarsa, ondan sonra qaraciyər köçürülməsi əməliyyatı gerçəkləşdiriləcək.

 

Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259538

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR