DTX Astarada əməliyyat keçirdi: 4 gömrükçü saxlanıldı - FOTO

DTX Astarada əməliyyat keçirdi: 4 gömrükçü saxlanıldı - FOTO
14:22 15 Noyabr 2016
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçiriblər.

Milli.Az report-a istinadən bildirir ki, əməliyyat zamanı 5 nəfər saxlanılıb.
Belə ki, Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən ölkəyə qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirən Amur Məcidov DTX əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, A.Məcidov Ümrə (kiçik həcc) ziyarətindən geri dönərkən Səudiyyə Ərəbistanından qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirib.
A.Məcidovun bu əməli Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi məlum olub.
Nəticədə A.Məcidov və Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin 4 əməkdaşı saxlanılıblar.
A.Məcidov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.
4 nəfər gömrük əməkdaşı isə istintaqa cəlb olunub.
İstintaq tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR