Rusiyada Azərbaycan vətəndaşı öldürüldü

Rusiyada Azərbaycan vətəndaşı öldürüldü
14:27 15 Noyabr 2016
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada Azərbaycan vətəndaşı öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, qətl hadisəsi noyabrın 14-də Novqorod vilayətinin Pestov rayonunun Ponomaryovo kəndində baş verib.
 
Naməlum şəxs Pestov rayonunda yaşayan Azərbaycan vətəndaşına bıçaqla zərbələr endirib.
 
Ölümcül yaralanan azərbaycanlı özü maşına oturaraq şəhər mərkəzinə gəlib, təcili tibbi yardım çağırılmasını istəyib. Lakin o, çoxlu qan itirdiyindən ölüb.
 
Hazırda faktla bağlı araşdırma aparılır, qatilin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
 
Ölən şəxsin adı açıqlanmır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/489608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR