Gömrükdə ölkəyə gizlicə dəzgah hissələri keçirilməsinin qarşısı alınıb

Gömrükdə ölkəyə gizlicə dəzgah hissələri keçirilməsinin qarşısı alınıb
14:42 15 Noyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Rusiya Federasiyası  istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerindəki gizli saxlanc yerindən 5 adda, müxtəlif ölçüdə və formada, ümumilikdə 1840 ədəd dəzgah ehtiyat hissələri, 2 ədəd yivli-dəlici predmet aşkar edilb.

Faktla bağlı araşdırma aparılır.
 

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR