Ötən ay qanunsuz miqrasiya etmiş 7 əcnəbi saxlanılıb

Ötən ay qanunsuz miqrasiya etmiş 7 əcnəbi saxlanılıb
14:54 15 Noyabr 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

Qanunsuz miqrasiyaya qarşı ötən ay keçirilmiş tədbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 3 nəfər Pakistan, 4 nəfər Banqladeş vətəndaşı saxlanılıb.

 

DMX-dən  Lent.az-a verilən məlumata görə, araşdırma zamanı Banqladeş vətəndaşı Rony MD İftekjeir Uddin və Pakistan vətəndaşı Latif Muhammadın gəlir əldə etmək məqsədilə öz həmvətənlərini işə düzəltmək adı ilə aldadaraq Azərbaycana gətirdikləri müəyyən edilib. Bu şəxslər Azərbaycan Respublikasına yalan vədlərlə dəvət etdikləri Banqladeş və Pakistan vətəndaşlarını  müxtəlif ünvanlarda yerləşdirib, onlara qanunsuz yollarla müvəqqəti yaşama icazələrinin alınmasına dair razılığa gəliblər.

 

Bildirilib ki, qanunsuz əməllərini Azərbaycanda əyani təhsil ilə pərdələməyə çalışan Banqladeş vətəndaşı Rony MD Iftekjeir Uddinin həmvətəni Miah Tanıma müvəqqəti yaşama icazəsi alınmasını vəd etdiyi və bunun müqabilində ondan 2000 manat tələb etdiyi məlum olub.

 

Eyni zamanda Rony MD Iftekjeir Uddin ilə əlbir olan Latif Muhammadın Pakistan vətəndaşı Tariq Muhammad Hassana müvəqqəti yaşama icazəsi alınması üçün onun Azərbaycan vətəndaşı Əliyeva Zəhra Allahverdi qızı ilə məqsədli nikaha daxil olmasını təşkil etdiyi müəyyən edilib. Aparılmış söhbət zamanı Z.Əliyeva Latif Muhammadın ona Tariq Muhammad Hassanla nikaha daxil olması müqabilində 300 manat təklif etdiyini bildirib.

 

Z.Əliyeva Latif Muhammadın bu təklifi ilə razılaşdığını, lakin sonradan ortaya çıxan bir sıra çətinliklər səbəbindən Tariq Muhammad Hassanla nikahlarını rəsmiləşdirə bilmədikləri qeyd edib.

 

Bununla yanaşı Z.Əliyeva Tariq Muhammad Hassanla yalnız sənəd üzərində ailə quracağını, onunla birgə yaşamağı planlaşdırmadığını etiraf edib.

 

Keçirilmiş tədbirlər nəticəsində Latif Muhammad və Rony MD Iftekjeir Uddinin  əməlləri ifşa olunub və saxlanılan əcnəbilər müvafiq inzibati məsuliyyətə cəlb ediliblər.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259547

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR