Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, turun oyunları 2 gün ərzində keçiriləcək.
Tura noyabrın 19-da Qəbələdə start veriləcək. Çempionata liderlik edən eyniadlı komanda "Zirə"ni qəbul edəcək. Həmin gün şərikli lider "Qarabağ" da evində "Kəpəz"lə üz-üzə gələcək.
Ertəsi gün əvvəlcə "Sumqayıt" "Neftçi"ni sınağa çəkəcək. Ardından "İnter"lə AZAL arasında paytaxt derbisi baş tutacaq.
19 noyabr (şənbə)
“Qarabağ” – “Kəpəz”
“Azərsun Arena”, 18:00
“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 15:00
20 noyabr (bazar)
“İnter” – AZAL
“İnter Arena”, 16:00
“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 14:00
Qeyd edək ki, bütün görüşlər "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.