Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri keçirilir

Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri keçirilir
14:59 15 Noyabr 2016
87 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində Naxçıvanda "Həyəcan" siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlara çıxarılıb və hərtərəfli təminatla təmin edilib.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə təlimlər keçirilir.


Döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR