Mursinin ölüm cəzası ləğv edildi

Mursinin ölüm cəzası ləğv edildi
15:43 15 Noyabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

Misirin Kassasiya Məhkəməsi ölkənin keçmiş prezidenti Məhəmməd Mursi barəsində ölüm hökmünü ləğv edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ən ali instansiya məhkəməsi cinayət işinin yenidən araşdırılması barədə qərar verib.

Qeyd edək ki, mayın 16-da Qahirə Məhkəməsi casusluq, həbsxanadan qaçış, 2011-ci ilin əvvəllərində kütləvi xalq iğtişaşları zaman hüquq-mühafizə orqanlarının nümayəndələrinə hücumların təşkili ilə bağlı iş üzrə şübhəli bilinən 105 şəxs barəsində ölüm hökmü çıxarıb. Bu şəxslər arasında sabiq prezident Məhəmməd Mursi də var idi.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR