Əliyev ordunu döyüşə hazırlayır, Sarkisyan “oğurluq” edir – İRƏVANDA QALMAQAL

Əliyev ordunu döyüşə hazırlayır, Sarkisyan “oğurluq” edir – İRƏVANDA QALMAQAL
16:03 15 Noyabr 2016
1100 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda həlak olmuş, yaxud yaralanmış hərbiçilərin ailələrinə yardım məqsədilə hər kəsin 1000 dram ödəməsi haqda qanun layihəsi ciddi rezonansa səbəb olub.

Publika.az xəbər verir ki, bu layihə əsasında xüsusi kompensasiya fondunun yaradılması və vətəndaşlarından alınan pulların ora köçürülməsi nəzərdə tutulur. Lakin sadə vətəndaşlar öz ciblərindən orduya pul vermək istəmirlər. Bunun üçün “1000 dram” adlı etiraz kampaniyaları başlanıb.

Etirazlarçılar hakimiyyət rəhbərliyindəki şəxsləri korrupsiyada ittiham edir, onları ordunun maliyyəsini oğurlamaqda günahlandırırlar.

Maraqlı məqamlardan biri odur ki, yeni qanun layihəsində nəzərdə tutulan kompensasiyaların ödənişi 2017-ci ilin yanvar ayından etibarən yaralanan və ölənlər üçün nəzərdə tutulub. Ondan əvvəl yaralanan, yaxud ölənlərə şamil edilmir. Sadə ermənilər də bunu əsas gətirərək, yığılan pulların hakimiyyət rəhbərliyinin cibinə axdığını vurğulayırlar.

Qanun layihəsini parlamentdə təqdim edən Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan bunun əhəmiyyətindən danışaraq, əsas məqsədin insanların qayğısına qalmaq olduğunu bildirib. Lakin sadə vətəndaşlar buna inanmırlar və yeni müdafiə nazirini bacarıqsız olmaqda ittiham edirlər.

Ermənistanın “lragir” saytı isə “1000 dram” məsələsini yeni müdafiə nazirinin “döyüşdə ilk iştirakı” olaraq təqdim edib. Sayt yazıb ki, kompensasiyalar üçün yaradılan fond hərbiçilərin maraqlarına xidmət etmir.

Məqalədə həmçinin, Ermənistanın siyasi və hərbi rəhbərliyi sərt tənqid olunur.

“Azərbaycan 60 min şəxsi heyət və güclü hərbi texnika ilə hərbi təlimlər keçirir, Ermənistan isə vətəndaşların ciblərinə girərək, onlardan 1000 dramı necə oğurlamağın yollarını axtarırlar”, - deyə sayt yazıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/176026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR