ADB Azərbaycanda iqtisadi inkişafla bağlı proqnozunu açıqlayıb

ADB Azərbaycanda iqtisadi inkişafla bağlı proqnozunu açıqlayıb
16:22 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ "Asiya İnkişaf Bankının (ADB) proqnozuna görə, bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2,5% artacaq. Beynəlxalq Valyuta Fondunun (IMF) iqtisadi inkişafla bağlı proqnozu isə 2-4%-dir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vensay Canq (Wencai Zhang) deyib.
Onun sözlərinə görə, ADB Azərbaycana çətinlik çəkdiyi sahələrdəki problemlərin aradan qaldırılması üçün yardım edə bilər: "Hazırda nə üçün maliyyə yardımı almaq üçün müraciət edilməsi və ayrılacaq vəsaitin məbləği müzakirə edilir".
ADB rəsmisi onu da deyib ki, Direktorlar Şurasına (DŞ) 500 mln. dollar ayırması üçün müraciət edilib: "Bu vəsait əsasən iqtisadiyyatın şaxələndirilməsinə xərclənəcək. DŞ təklifə dekabrın ortasında baxa bilər. Amma gələn həftə dəqiq tarix bilinəcək". 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/adb-azerbaycanda-iqtisadi-inkisafla-bagli-proqnozunu-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR