Rusiyada stadion tikintisinin getdiyi ərazidə daha bir şəxsin meyiti tapılıb

Rusiyada stadion tikintisinin getdiyi ərazidə daha bir şəxsin meyiti tapılıb
16:32 15 Noyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərindəki Krestovsk adasında "Zenit Arena" stadionunun tikintisi getdiyi ərazidə KXDR vətəndaşının meyiti tapılıb. 
"Report"un məlumatına görə, 47 yaşlı kişinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Ölünün şəxsiyyəti yerindəcə müəyyənləşdirilib. Bu, sentyabrın əvvəllərindən noyabrın sonlarınadək Rusiyada qalmağa icazəsi olan şimali koreyalıdır. Həmin şəxs "Te Som" MMC tikinti şirkətində çalışıb. Ekspertlər faciənin səbəbini araşdırırlar. 
Qeyd edək ki, ötən ay "Zenit Arena"nın tikintisi zamanı daha bir fəhlə liftin şaxtasına düşərək ölüb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR