Rusiyanın həbs olunan naziri kimdir? – Arvadına görə bütün uçuşları qadağan edibmiş - DOSYE

Rusiyanın həbs olunan naziri kimdir? – Arvadına görə bütün uçuşları qadağan edibmiş - DOSYE
16:53 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiya İstintaq Komitəsi ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açıb.

Publika.az xəbər verir ki, A.Ulyukayev “Rosneft” şirkətinə “Başneft”in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb.

Qeyd edək ki, A.Ulyukayev 1956-cı ildə Rusiyanın paytaxtında Moskva universitetinin professorunun ailəsində dünyaya gəlib. Əslən Ulyanovskoy əyalətindən olan Ulyukayevlərin tatar olduğu irəli sürülür. Bu da onunla izah edilir ki, sözügedən əyalətin vətəndaşlarının 95 faizi tatarlardır.

Uşaqlığı sovet hakimiyyəti dövrünə təsadüf etdiyindən digər uşaqlardan fərqlənmir. Maraqlıdır ki, nazirin təhsillə arası elə də yaxşı olmayıb. Professorun oğlu məktəbi orta səviyyəli atestatla bitirib. Qiymətləri ucbatından birinci il Moskva Dövlət Universitetinə (MDU) qəbul ola bilməyib. İkinci cəhdən sonra nəhayət MDU-nun iqtisadiyyat fakültəsinə qəbul olub.

A.Ulyukayev orta məktəbdəkinin əksinə burada yaxşı oxuyub. 1979-cu ildə aspiranturaya qəbul olub. 1983-cü ildə disertasiya müdafiə edən A.Ulyukayevin siyasi fəaliyyəti Yeqor Qaydar və Anatoliem Çubaysla tanışlığından sonra başlayıb.

Ulyukayevin şəxsi həyatı ictimaiyyət üçün həmişə qapalı olub. O bəllidir ki, nazir 2 dəfə ailə qurub. Birinci həyat yoldaşı 1951-ci il təvəllüdlü Tamara İvanovadır. İxtisasca iqtisadçı olan Tamaradan sabiq nazirin Dimitri adlı oğlu var. Dimitri kinooperator, prodüserdir. Ulyukayevin ikinci həyat yoldaşı 1983-cü il təvəllüdlü (böyük oğlu ilə yaşıddır) Yulya Xryapovadır. Krım əyalətindən olan Yulya da iqtisadçıdır. Bu evlilikdən sabiq nazirin qızı və oğlu var.

Aleksey həbsinə qədər kibirli, şöhrətpərəst kimi tanınıb. Məsələn, nazir 2006-cı ildə Soçiyə uçan həyat yoldaşı üçün biznes-klasa bilet tapmadığından Moskva-Soçi istiqamətində uçuşun dayandırılmasına əmr verib. Bundan sonra nazirin həyat yoldaşı “Sberbank”ın sahibi Qerman Qrefə məxsus şəxsi təyyarə ilə Soçiyə uçub.

Sabiq nazir dəfələrlə gəlirlərinin deklorasiyasını verib. Məlum olub ki, 2015-ci ildə onun illik gəliri 59 952 87 rubl təşkil edib. Həyat yoldaşının gəliri isə 15 019 832 rubl olub. Ulyukayevin adına 3 fərdi ev, 3 mənzil, 3 minik avtomobili (Land Rover Range Rover, Lexus RX və VAZ 21214) və 17 torpaq sahəsi var. O, ölkənin maddi baxımdan ən təminatlı dövlət nümayəndələrindən sayılır. İqtisadiyyat nazirinin hobbisi şer yazmaqdır. Ulyukayev “Yanğın və Əks”, “Başqasının sahili” kitablarının müəllifidr.

Cinayət işinə gəlincə, nəzərə çatdıraq ki, nazirin rüşvət aldığı iddia edilən “Rosneft” şirkəti Rusiya prezidentinə yaxın şirkətdir. Şirkətin rəhbərliyində Vladimir Putinin ən yaxın adamı İqor Seçin təmsil olunur. O baxımdan Ulyukayevin “Rosneft”dən rüşvət istəməsi üçün ağılsız olması, ya da yaddaşını itirməsi lazımdır.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/176035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR