PKK-ya ağır zərbə - başına 1,5 milyon qoyulmuşdu

PKK-ya ağır zərbə - başına 1,5 milyon qoyulmuşdu
17:03 15 Noyabr 2016
99 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Tunceli vilayətinin Bali dərəsində təşkil edilən əməliyyatda PKK terror təşkilatının 14 üzvü öldürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, onların arasında başına 1,5 milyon lirə (500 min dollar) mükafat qoyulan “Agit Əhməd” kod adlı Umut Hocaoğlu var.

Diyarbəkr şəhərində qeydiyyatda olan 34 yaşındakı Hocaoğlu PKK-nın Tunceli vilayəti üzrə cavabdeh şəxsi idi. Son vaxtlar Tuncelidə həyata keçirilən bir çox terror aktının məhz onun tərəfindən planlaşdırıldığı və icra olunduğu bildirilir.

Tuncelidə keçirilən əməliyyatda Hocaoğlu ilə birlikdə PKK-nın daha yüksək səviyyəli idarəçisi zərərsizləşdirilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR