Bu il yeraltı qaz anbarlarına 2 mlrd. kubmetrə qədər qaz vurulub

Bu il yeraltı qaz anbarlarına 2 mlrd. kubmetrə qədər qaz vurulub
17:07 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı.15 noyabr. REPORT.AZ/ Bu il qazvurma mövsümü ərzində (aprel-noyabr) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən istismar edilən “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına ümumilikdə 1,987 mlrd. kubmetr qaz vurulub.
“Report”a “Azneft” İB-dən verilən məlumata görə, keçən ildən qalan qalıq qazla birlikdə yeraltı qaz anbarlarındakı aktiv qazın miqdarı 2 ,871 mlrd. kubmetr təşkil edib. “Bu ölkəmizin payız-qış mövsümündə təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində əldə olunmuş yüksək göstəricidir.
Bu il ölkə ərazisində qış mövsümünün daha tez başlaması və respublika əhalisinin qaza olan tələbatının artmasını nəzərə alaraq, “Azneft” İstehsalat Birliyinin Qaz Anbarları İstismarı İdarəsində qazgötürmə mövsümünə daha tez başlanılıb. Bununla bağlı olaraq cari ilin oktyabr ayının 24-dən qazgötürmə mövsümü başlanıb”-,deyə məlumatda qeyd olunub. Noyabrın 14-də olan məlumata əsasən, yeraltı qaz anbarlarından 185,6 mln. kubmetr qaz götürülərək təhvil verilib ki, bunun da 167,8 mln. kubmetri “Qaradağ”, 17,7 mln. kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb. Hazırda anbarlardakı aktiv qazın həcmi 2,685 mln.kubmetr təşkil edir.

Qeyd edək ki, yeraltı qaz anbarlarına qazvurma mövsümü 2016-cı ilin aprel ayında başlayıb və “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən istismar edilən “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına təbii qazın vurulması noyabr ayında başa çatdırılıb. 




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-il-yeralti-qaz-anbarlarina-2-mlrd-kubmetre-qeder-qaz-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR