UEFA klublarımıza pul köçürdü - 2 milyon 779 min 400 avro

UEFA klublarımıza pul köçürdü -   2 milyon 779 min 400 avro
17:17 15 Noyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

UEFA 2016/2017 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil etmiş klubların hesabına pul köçürüb. 


Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, qitənin ali futbol qurumunun Çempionlar Liqası və Avropa Liqasındakı iştiraka görə ayırdığı vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

 

Ölkəmizi Avroliqanın qrup mərhələsində təmsil edən “Qarabağ” 1 milyon 88 min 460 avro qazandığı halda, “Qəbələ” 733 min 660 avro əldə edon.

 

Avroliqanın təsnifat mərhələsində iştirak etmiş “Neftçi” 458 min 620 avro, qadağa üzündən avrokuboklara yollana bilməyən “İnter” isə 58 min 660 avro alıb.

 

Avroliqada 1 mərhələ adlamış “Kəpəz” isə 440 min avro qazanıb. Bu məbləğ klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

 

Qeyd edək ki, UEFA bu dəfə Azərbaycan klublarının hesabına ümumilikdə 2 milyon 779 min 400 avro köçürüb. 




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-uefa-klublarmza-pul-kocurdu-t54170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR