İlhamə Quliyevanın köməkçisi ifadə verməkdən imtina etdi

İlhamə Quliyevanın köməkçisi ifadə verməkdən imtina etdi
17:27 15 Noyabr 2016
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovanın vəkili vəsatət verərək əlavə şahidlərin çağırılmasını istəyib, vəsatət baxılmamış saxlanılıb.

Məhkəmədə təqsirləndirilən M.Hüseynovaya sərbəst ifadə vermək təklif edilsə də, o, bundan imtina edib. Çıxış etmək üçün vaxt istəyib. Buna görə də proses təxirə salınıb.

Məhkəmə prosesi noyabrın 22-də davam etdiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR