Qarabağ bəyənatı verildi

Qarabağ bəyənatı verildi
01:26 6 Yanvar 2015
195 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ hakimiyyəti Dağlıq Qarabağda baş verən gərginliyə görə narahatdır.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.

“Dağlıq Qarabağda baş verən gərginlik bizi narahat edir. Vaşinqton hər iki tərəfi regionda sülhə gətirəcək danışıqlarda iştrak etməyə çağırır” - deyə o, bildirib.

Qeyd edək ki, Ermənistan müdafiə nazirliyinin bəyənatına əsasən yanvarın 3-də gecə münaqişə zonasında baş verən atışma nəticəsində 2 erməni əsgəri ölüb. Azərbaycan Müdafiə Nazirliyi öz növbəsində xəbəri təkzib edib.

Bu arada ATƏT-in Minsk qrupunun ABŞ-dan olan katibi Ceyms Uorlik bildirib ki, Dağlıq Qarabağda gərginliyin artması münaqişənin sülh yolu ilə həllinə gətirib çıxarmayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR