ANS ÇM-in daha bir şikayəti təmin edilməyib

ANS ÇM-in daha bir şikayəti təmin edilməyib
17:54 15 Noyabr 2016
87 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində “ANS ÇM Yayım və Media” Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından şikayətinə baxılıb. APA-nın xəbərinə görə, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarı qüvvədə saxlanıb, “ANS ÇM Yayım və Media” Şirkətinin şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası  Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub. “ANS ÇM Yayım və Media” Şirkəti qərardan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib, şikayət təmin edilməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR