Azərbaycanda heç bir hüquqi sənəd olmadan siqaret istehsal edilir

Azərbaycanda heç bir hüquqi sənəd olmadan siqaret istehsal edilir
17:57 15 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ "Azəri korporasiyası" MMC heç bir hüquqi sənədi olmadan "Pramida" adlı siqaret istehsal edir.
"Report" xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
O, faktla bağlı İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib.
Qurumdan müraciətə cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən "Mehri firması" MMC-nin istehsalı olan "Şəki" və "Azəri" Korporasiyasının istehsalı olan "Karvan" adlı filtirsiz siqaretlərdən götürülən nümunələrin Rusiya Federasiyasının "Tabak Ekspertiza və Sertifikasiya Mərkəzi" MMC-də təkrar müayinəsi təşkil edilib. Müayinələrin nəticələrinə dair "Tabak Ekspertiza və Sertifikasiya Mərkəzi" MMC-nin protokollarına əsasən adıçəkilən siqaretlərin tərkibində qətranın miqdarının normativ tələbdən yüksək olduğu müəyyən edilib.
"Qeyd olunan kənarlaşmalarla əlaqədar hər iki müəssisəyə filtersiz siqaretlərin istehsalı ilə əlaqədar verilmiş gigiyenik sertifikatların qüvvəsi müvəqqəti olaraq dayandırılıb. Siqaretlərin istehsalı ilə bağlı texnoloji proseslərin qaydaya salınması, məhsulların tüstüsünün tərkibində qətranın miqdarının normativlərə uyğunlaşdırılmasına dair Səhiyyə Nazirliyi tərəfindən istehsal müəssisələrinə müvafiq göstərişlər verilib, məhsulların tüstüsünün tərkibində qətranın miqdarının normativlərə uyğunlaşdırılmasına dair Səhiyyə Nazirliyi tərəfindən istehsal müəssisələrinə müvafiq göstərişlər verilib, məhsullarının normativ tələblərə uyğunluğu təmin edilməklə təkrara aparılmış müayinə nəticələri barədə Səhiyyə Nazirliyinə məlumat verilməsinin vacibliyi, tələblər yerinə yetirilmədiyi təqdirdə isə siqaretlərə verilmiş gigiyenik sertifikatların ləğv edilməsinə dair müəssisələrə xəbərdarlıq edilib", - Dövlət Xidmətindən bildirilib.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanda-hec-bir-huquqi-sened-olmadan-siqaret-istehsal-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR