İsmayıllıda iki avtomobil toqquşdu: sürücü ölüb

İsmayıllıda iki avtomobil toqquşdu: sürücü ölüb
17:59 15 Noyabr 2016
105 Digər
Ölkə mətbuatı
A- A+

 

İsmayıllı rayonu, Əyyubbəyli kəndində “MERCEDES” və “NİVA” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən ( FHN) Lent.az-a verilən məlumata görə, hadisə zamanı bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Hadisə yerinə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, “NİVA” markalı avtomobildən 1967-ci il təvəllüdlü Məmmədov Əhməd Heybət oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 15:25-də başa çatıb. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR