"WhatsApp" maraqla gözlənilən xüsusiyyətini AÇIQLADI - FOTO

"WhatsApp" maraqla gözlənilən xüsusiyyətini AÇIQLADI - FOTO
18:05 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"WhatsApp" messenceri tezliklə istifadəçilərin videokonfrans rejimində ünsiyyət imkanı yaradacaq şifrəli videozənglər funksiyasını işə salacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. 

Məlumata görə, bu funksiya 180 ölkədə "iOS", "Android" və "Windows" platformalarında işlək olacaq. 

Proqramçılar iddia edirlər ki, şifrələmə sistemi ilə videozənglər tam müdafiə olunacaq. Bu videozənglərin mövzusu barədə nə "WhatsApp", nə hökumət strukturları bilməyəcəklər. Bundan başqa, videorejim kamera və batareyaların istehsalında istifadə edilən texniki novasiyalar sayəsində ucuz smartfonlarda da işləyəcək. 

Həmçinin, 2014-cü ildə "WhatsApp"ı alan "Facebook" sosial şəbəkəsinin mobil proqrama server və rabitə kanalından istifadə etməyə icazə verdiyi bildirilib.  

"WhatsApp" dünyada ən populyar mobil proqramlardan biridir: ondan bir milyarda yaxın şəxs istifadə edir. Daha öncə bu proqramda yazılı ismarıcların, eləcə də səsli ismarıcların göndərilməsi mümkün idi. 

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR