Ekspertlər: Rusiyanın regionda son fəaliyyəti Moskvaya müttəfiq kimi baxan Bakıda suallar yaradır

Ekspertlər: Rusiyanın regionda son fəaliyyəti Moskvaya müttəfiq kimi baxan Bakıda suallar yaradır
18:12 15 Noyabr 2016
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Rusiya Federasiyasının prezidenti Vladimir Putin hökumətin Rusiya ilə Ermənistan silahlı qüvvələrinin birgə qoşun qruplaşması haqqında sazişin imzalanması haqqında təklifini dəstəklədi. Bu, Azərbaycanda haqlı olaraq müəyyən suallar doğurdu. Bundan əvvəl də Rusiya istehsallı "İsgəndər" raket sistemlərinin Ermənistana tədarükü narahatlığa səbəb olmuşdu.

İstər-istəməz, sual yaranır: münaqişə tərəflərindən biri olan Ermənistanla birgə qoşun qruplaşması yaratmaq istəyən Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında necə obyektiv ola bilər? Bu, münaqişənin daha da alovlanmasına səbəb olmayacaq ki? Ümumiyyətlə, Rusiya bu fəaliyyəti ilə bundan sonra regional təhlükəsizliyə nə dərəcədə töhfə verə biləcək? Axı Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə qoşun qruplaşmasının yaradılması regional təhlükəsizliyi təhdid altına sala bilər.

Əsas narahatedici məqam isə budur: Rusiyanın işğalçı Ermənistanla birgə qoşun yaratması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uzanmasına gətirib çıxara bilərmi?

Azərbaycan və Rusiya arasında sıx əməkdaşlıq, mehriban qonşuluq, dostluq münasibətləri var. Azərbaycan-Rusiya əlaqələri strateji xarakter daşıyır. Bəs Rusiya Federasiyasının bu fəaliyyəti RF-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək?

"Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov Trend-ə bildirib ki, Rusiya ilə Ermənistan arasında iki ölkənin silahlı qüvvələrinin birgə qoşun qruplaşması haqqında saziş suallar yaratmaya bilməz. Çünki bildiyimiz kimi, Ermənistan Azərbaycan ərazilərini işğal edib.

E.Ələsgərov qeyd edib ki, sülhyaratma prosesinin getdiyi bir vaxtda Ermənistan və Rusiyanın birgə Hava Hücumundan Müdafiə sisteminin yaradılması və ya cənub istiqamətində birgə qruplaşmanın yaradılması kimi addımlar Moskvaya müttəfiq kimi baxan Bakıda suallar yaradır: "Rusiyanın bu fəaliyyətinə Azərbaycana münasibətdə düşmənçilik kimi baxıla bilər".

Onun sözlərinə görə, bu addım üçüncü qüvvələrin Cənubi Qafqaz regionuna daxil olaraq, burada qüvvələr balansını dəyişməklə öz təsir güclərini artırmağa çalışdığı bir vaxtda daha təhlükəli hal alır: "Bu cür hərbi formatın yaradılması nəinki hərbi qüvvələr balansını pozur, həmçinin Azərbaycanda antirusiya əhvali-ruhiyyəsinin artmasına səbəb ola bilər, belə ki, Rusiyanın bu cür addımları təcavüzkarın təşviq olunması kimi qiymətləndiriləcək".

Ekspert bildirib ki, bu cür qruplaşmanın Türkiyə, İran və Azərbaycan sərhədlərində yaradılması geosiyasi baxımdan da məqsədəuyğun deyil: "Rusiya hər üç ölkə ilə yaxşı strateji münasibətlərə malikdir. Yerevanın öz işğalçı siyasətinə dəstək kimi qəbul etdiyi bu cür qruplaşmanın yaradılması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi səmimiyyətini sual altına qoyur və münaqişənin nizamlanması prosesində maraqlı olmasına şübhə oyadır. Sülh prosesinin davam etməsi daha çox Rusiyadan asılıdır və bu cür qruplaşmanın yaradılması Ermənistana imkan verəcək ki, hərbi potensialını hücum məqsədilə Dağlıq Qarabağa yönəltsin".

Politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov isə hesab edir ki, Rusiya və Ermənistan silahlı qüvvələrinin birgə qoşun qruplaşmasının yaradılması Rusiya ilə Qərb arasında illərdir davam edən qarşıdurmanın nəticəsidir: "Rusiyanın bir sıra hərbi ekspertlərinin fikrincə, heç kimə təhlükə törətməyən bu alyans ölkənin öz ərazi bütövlüyünün müdafiəsinə yönəlib və Yaxın Şərqdən gələn təhlükələrin, o cümlədən postsovet respublikalarını əhatə edən NATO-nun genişlənməsinin qarşısının alınmasına hesablanıb".

O əlavə edib ki, görünür, Rusiyada NATO-nun genişlənməsindən və bu hərbi-siyasi bloka Gürcüstanın cəlb olunmasından ciddi narahatlıq var. Bu, Rusiya üçün ciddi təhlükə yaradır:

"Əlbəttə, Rusiyanın aparıcı rol oynadığı bu alyans Azərbaycana qarşı yönəlməyib, amma istənilən halda bu, Ermənistanın hərbi potensialını müəyyən qədər artırır. Hətta dinc dövrdə orada rəhbərliyi Rusiya tərəfi yerinə yetirsə də, bu, Azərbaycanın diqqətindən kənarda qala bilməz. Rusiyanın bizim strateji tərəfdaşımız olduğunu və ATƏT-in Minsk qrupunda kifayət qədər nüfuzlu vasitəçi olduğunu nəzərə alsaq, düşünmürəm ki, bu cür alyansın yaradılmasına böyük zərurət var idi".

F.Sadıqovun sözlərinə görə, sənəddə bunun ölkələrin ərazi bütövlüyünün qorunması məqsədilə yaradılmış müdafiə ittifaqı olduğu qeyd edilir: "Bu isə müəyyən mənada alyansın yaradılmasının zəruriliyini müəyyənləşdirir".

Ekspert qeyd edib ki, istənilən halda Azərbaycan özgə torpaqlarını ələ keçirmək niyyətində deyil, Ermənistan ərazilərini işğal etməyə hazırlaşmır, əksinə, ermənilər indiyədək ölkəmizin 20 faizini işğal altında saxlayır.

F.Sadıqovun fikrincə, bu alyansın yaradılması Azərbaycan Silahlı Qüvvələri üçün işğal olunmuş ərazilərin azad edilməsi məsələsində çəkindirici amil olmamalıdır: "Çünki bu ərazilər beynəlxalq hüquq səviyyəsində Azərbaycan torpaqları kimi tanınır və bölgədə hərbi-siyasi komponentlərə sahib olmasına baxmayaraq, Azərbaycanın hər zaman məqsədi öz ərazilərini azad etmək olacaq. Bunu dövlət başçısı da dəfələrlə vurğulayıb".

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da hesab edir ki, Rusiya ilə Ermənistan arasında belə birgə qoşun qruplaşmasının yaradılması region üçün təhdid yaradır.

S.Novruzov bildirib ki, hər bir dövlət digər dövlətlə hərbi ittifaqa girə bilər:

"Lakin Rusiya ilə Ermənistan arasında belə qoşun qruplaşmasının yaradılmasında bir məsələ ortaya çıxır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Yəni Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına bilavasitə cavabdeh olan bir ölkədir. Belə olan halda, əgər həmsədr kimi münaqişə edən iki dövlətin biri ilə qoşun qruplaşması yaradırsansa, artıq bu, münaqişənin həll olunmasında ortaya problemlər çıxarır, balans tamamilə pozulur və təbii ki, bu da region üçün təhlükə yaradır. Digər tərəfdən, Rusiya aprel döyüşlərindən sonra sülhməramlılıq missiyasını üzərinə götürdü. İndi isə Ermənistanla birgə qoşun qruplaşması yaratması bu missiyanı şübhə altına qoyur".

Millət vəkili əlavə edib ki, Azərbaycan həmişə Rusiyanı dəstəkləyib: "Azərbaycanla Rusiya arasında çox yaxşı münasibətlər var. Baxmayaraq ki, Azərbaycana çox böyük təzyiqlər olundu, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmadı, digər məsələlərdə də həmişə Rusiyaya dəstək verib. Belə olan halda, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış, Rusiyanın Ermənistanla qoşun qruplaşmaları yaratması heç bir halda yaxşı qarşılana bilməz".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb

25 Sentyabr 2017 05:02

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

25 Sentyabr 2017 04:39

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

25 Sentyabr 2017 04:33

Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"

25 Sentyabr 2017 04:02

ABŞ-da həbsxanada qiyam baş verib - 1 ölü, 9 yaralı

25 Sentyabr 2017 03:54

Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO

25 Sentyabr 2017 03:43

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57