Azərbaycanın döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib - FOTO

Azərbaycanın döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib - FOTO
18:22 15 Noyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlər Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş vasitələrinin də iştirakı ilə davam edir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, aviasiya vasitələrinin, şəxsi heyətin döyüş hazırlığı və HHQ-nin müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətləri yoxlanılıb.

Tam hazır vəziyyətə gətirilən 50-dən artıq hərbi təyyarə və helikopterlər ehtiyat aerodromlardan döyüş uçuşları yerinə yetirib.

Havaya qaldırılmış aviasiya düşmənin fəaliyyətinin qarşısının alınması və qəflətən qarşıya çıxan düşmən hədəflərinin atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirib.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR