İki maşın toqquşdu: ölən var

İki maşın toqquşdu: ölən var
18:27 15 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün İsmayıllıda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Əyyubbəyli kəndində "Mercedes" və "Niva" markalı iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, "Niva" markalı avtomobildən 1967-ci il təvəllüdlü Məmmədov Əhməd Heybət oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/489721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR