Döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib

Döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib
18:59 15 Noyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

İrimiqyaslı təlimlər Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş vasitələrinin də iştirakı ilə davam edir.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istanədən məlumatına görə, aviasiya vasitələrinin, şəxsi heyətin döyüş hazırlığı və HHQ-nin müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətləri yoxlanılıb.

Tam hazır vəziyyətə gətirilən 50-dən artıq hərbi təyyarə və helikopterlər ehtiyat aerodromlardan döyüş uçuşları yerinə yetirib.

Havaya qaldırılmış aviasiya düşmənin fəaliyyətinin qarşısının alınması və qəflətən qarşıya çıxan düşmən hədəflərinin atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR