Poroşenko Prokurorluqda ifadə verməyə çağırıldı

Poroşenko Prokurorluqda ifadə verməyə çağırıldı
19:22 15 Noyabr 2016
88 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Petro Poroşenko noyabrın 29-da Baş Prokurorluqda ifadə verməyə çağırılıb.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bunu Baş Prokurorluğun Xüsusi İstintaq Şöbəsinin müdiri Sergey Qorbatyuk söyləyib.

Onun sözlərinə görə, prezidentə sorğu ilə bağlı artıq bir neçə dəfə məktub göndərilib, lakin ondan Prokurorluğa heç bir cavab gəlməyib.

Prokurorluqdan bildirilib ki, P. Poroşenko 2014-cü ilin qış-yazında Kiyevdə Maydanda baş verən ölüm faktı ilə əlaqədar aparılan istintaq işləri ilə bağlı dindiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR