Pakistan FETÖ-çü müəllimlərdən ölkəni tərk etməyi istəyib

Pakistan FETÖ-çü müəllimlərdən ölkəni tərk etməyi istəyib
19:22 15 Noyabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Pakistan hökuməti Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı 23 məktəbdə çalışan 108 müəllimə xəbərdarlıq edib. 
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, rəsmi İslamabad onlardan ailələri ilə birlikdə noyabrın 20-dək ölkəni tərk etməyi istəyib. 
Məlumata görə, Pakistanda FETÖ məktəbləri "PakTurk" adı altında faaliyyət göstərir. Ümumilikdə təxminən 400 nəfərə ölkəni tərk etməlidir. 
Qeyd edək ki, sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana rəsmi səfəri başlayır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR