"İlham Əliyev heç dəyişilməyib" - video

"İlham Əliyev heç dəyişilməyib" - video
19:31 15 Noyabr 2016
262 Şou
Ölkə mətbuatı
A- A+

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun keçmiş rektoru Nikolay Lebedev adıçəkilən İnstitutun məzunu olan Prezident İlham Əliyevin tələbəlik illərindən danışıb.

Axşam.az-ın “Moscow-Baku”ya istinadən məlumatına görə, rektor institut məzunlarının bir çoxunun hazırda yüksək vəzifələrdə çalışdığını bidirib.

“Bizim beynəlxalq münasibətlər fakültəsi öz məzunları ilə həmişə seçilib. Buranı  Rusiyanın xarici işlər naziri Sergey Lavrov, institutun hazırkı rektoru Anatoli Torqunov və Azərbaycan Prezidenti İlham Əliyev bitirib. Yadımdadır ki, İlham aspiranturada oxuyarkən, aramızda böyük yaş fərqinin olmasına baxmayaraq, biz onunla çox ünsiyyət saxlayırdıq. Mən onun elmi rəhbəri idim. O, mənə həmişə çox hörmətlə yanaşardı”.

N.Lebedev prezidentin gənclik illərində öz yaşıdları ilə sadə və mehriban davranışının və hər kəsə kömək etmək istəyinin diqqət çəkdiyini qeyd edib:

“O, kömək haqqında istənilən xahişə reaksiya verir və başqa insanların problemlərinin həlli üçün Heydər Əliyevə müraciət etməkdən çəkinmirdi. Heç kim təsəvvür edə bilməzdi ki, o, ölkə rəhbərliyində təmsil olunan insanın oğludur. Həmin dövrdə Heydər Əliyev Moskvada SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsində çalışırdı. İşə görə mən tez-tez Heydər Əliyevlə görüşməli olurdum. O, İlham Əliyevin təhsili ilə yaxından maraqlanırdı”.

Lebedev onu da vurğulayıb ki, İlham Əliyev tələbəlik illərində inadkarlığı ilə fərqlənib:

“Onun namizədlik dissertasiyasının mövzusu Böyük Britaniyada Liberal Partiyası haqqında idi. Bu mövzunu özü seçmişdi. Əvvəlcə mən əmin deyildim ki, bu iş aktual olacaq. Amma o, məni öz seçiminin düzgünlüyünə inandırdı. Öz mövqeyini müdafiə edir, elmi arqumentlər gətirir və sübut edirdi ki, o, doğrudur”.

Rektorun sözlərinə görə, illər keçməsinə baxmayaraq, İlham Əliyev heç dəyişilməyib.
 


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR