İsmayıllıda "Azərsu"ya məxsus avtomobil qəza törədib: ölənlər və yaralananlar var

İsmayıllıda "Azərsu"ya məxsus avtomobil qəza törədib: ölənlər və yaralananlar var
20:02 15 Noyabr 2016
400 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı. 15 noyabr. REPORT.AZ/ İsmayıllı rayonunda ağır yol qəzası baş verib. 
"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 170-ci kilometrliyində, rayonun Eyyubəyli kəndi ərazisində qeydə alınıb. 
Belə ki, "Niva" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə ikincisi yoldan çıxaraq aşıb və zərbənin gücündən iki hissəyə ayrılıb. Hər iki avtomobildə ölənlər və yaralananlar var. 
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Niva" markalı avtomobil "Azərsu" ASC-nin balansındadır və qəza zamanı ölən sürücü də bu qurumun işçisidir. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-smayillida-azersu-ya-mexsus-avtomobil-qeza-toredib-olenler-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR