Azərbaycanda "qızıl əməliyyatı": 8 nəfər tutuldu

Azərbaycanda "qızıl əməliyyatı": 8 nəfər tutuldu
20:38 15 Noyabr 2016
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumat əsasında Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, oktyabrın 27-i və 28-də Astara gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 8 kiloqram 291 qram qızıl külçələri bədənlərinin müxtəlif nahiyələrinə bağlamaqla çıxaran Azərbaycan vətəndaşları C.Cəfərov və A.Nəhmətov saxlanılıblar.

DTX-nin İstintaq baş idarəsi tərəfindən cinayət işi başlanılaraq davam etdirilən araşdırmalar nəticəsində, əldə etdikləri qızıl məmulatlarını külçə halına salaraq Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli çıxarmaqda şübhəli bilinən daha 6 nəfər şübhəli şəxs qismində tutulub. Aparılmış axtarışlar zamanı qanunsuz sex qismində fəaliyyət göstərən ayrı-ayrı ünvanlarda qaçaq yolla ölkədən çıxarmaq məqsədi ilə külçə halına salınması üçün toplanılmış xeyli qızıl-zinət əşyaları, eləcə də müxtəlif ölçülü qəliblər aşkar edilərək götürülüb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR