Azərbaycan əsgəri şəhid olub

Azərbaycan əsgəri şəhid olub
20:53 15 Noyabr 2016
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan əsgəri şəhid olub.

Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə hörə, noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Allah rəhmət eləsin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR