""Sunderland" aşağı dəstəyə düşsə, yaxşıdır"

""Sunderland" aşağı dəstəyə düşsə, yaxşıdır"
20:57 15 Noyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbağça"nın baş məşqçisi Dik Advokaat 2 mövsüm öncə yüksək dəstədə saxladığı "Sanderland"in hazırkı vəziyyətindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland mütəxəssis bunları deyib:

"Bəlkə də, yeni komanda qurmaq üçün bir səviyyə aşağı enmək daha yaxşı idi. Necə ki indi "Nyukastl Yunayted" bununla məşğuldur. Bu klubun böyük stadionu və xeyli azarkeşi var. "Sanderland" indiki yolla gedə bilmir.

Çünki başqaları böyük investisiya qoyurlar. Rəqiblər çox pul xərcləyəndə sən bunu etmirsənsə, vəziyyət pisləşir. Komandaların səviyyəsi yüksəlir. Buna görə yüksək dəstədə qalmaq çətinləşir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR