Bakıda bu yolu keçmək təhlükəlidir - VİDEO

Bakıda bu yolu keçmək təhlükəlidir - VİDEO
21:12 15 Noyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Şamaxı yolunun 113-115-ci kilometrliyi, daha dəqiqi  Binəqədi rayonu ''Sulutəpə'' dairəsi yaxınlığında yolu keçmək piyadalar üçün təhlükə yaradır.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, gecə yolu keçmək sözün əsl mənasında müşkülə çevrilib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, sakinlərin sözlərinə görə, yolda işıqlanma da olmadığından yağışlı havada yolu keçmək olduqca təhlükəlidir.  Sözügedən yolda ən çox hərəkət edən iritutumlu yük avtomobillərini də nəzərə alsaq,vəziyyət daha da acnacaqlıdır.

Ərazidə dayanmış taksi sürücülərinin sözlərinə görə, çox vaxt yaşlı insanları və uşaqları gecə vaxtı onlar keçirir. Çəkliş apardığımız müddətdə də şahidi olduq ki, gecə ''Sulutəpə'' dairəsi yaxınlığından yolu keçmək mümkün deyil. Yolun ''Sulutəpə'' dairəsi yaxınlığından ''Hökməli'' dairəsinə qədər ərazi, Binəqədi və Abşeron rayonlarına  düşür. Sakinlərin istəyi aidiyatı qrumlardan ərazinin işıqla təmin edilməsidir.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə  "Xəzər Xəbər"ə bildirdi ki,əraziyə baxış keçiriləcək və  problem aradan qaldırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR